MƏRCƏK
MƏRCLƏŞMƏK
OBASTAN VİKİ
Mərci
Mərcimək (cins)
Mərcimək
Mərcimək (cins)
Mərci plov
Mərci plov — Azərbaycan mətbəxində plov. Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-200 q, düyü-150 q, ərinmiş yağ-40 q, soğan-1 baş, darçın-0,2 q, zəfəran-0,1q, habelə tam üçün istiot, duz götürülür. Mərci artlanıb yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda bişirilir, düyü ayrıca qazanda bişirilir və üstünə yarıbişmiş mərci əlavə edilərək hazır olunca bişirilir və süzülərək dəmə qoyulur. Qazanın dibinə lavaş qazmaq qoyulur. Eyni zaman qoyun əti təmizlənir, yuyulur və tikələrə doğranır, duzlanır, tavada qızardılır, buna yağ-soğan və azca bulyon, ədviyyat qatılaraq hazır olunca öz buğunda bişirilir. Süfrəyə veriləndə mərci plovun üstünə ət qoyulur və darçın səpilir. Bu xörək kükü ilə də hazırlana bilər.
Mərci şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır. Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Mərcimək (növ)

Mərcimək şorbası
Mərcimək şorbası, əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba. Türkiyədə mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök və iyli kərəviz də istifadə olunur. Şorba qaynadıqda buxarlanmasın deyə üstünə paltar(həli) qoyulur.
Qırmızıqanad mərcimək quşu